Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq

Baş səhifə
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

“Report” xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.

Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.