“Report”un 11 yaşı tamam oldu

Baş səhifə

Bu gün “Global Media Group”a daxil olan “Report” İnformasiya Agentliyi 11 yaşını qeyd edir.

Modern.az xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində xəbər istehsal edən agentliyik 11 ildə ölkədə və dünyada baş verənləri operativ və dolğun şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report”un ölkənin bütün bölgələrində çalışan müxbir postları, Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstan, həmçinin Avropa İttifaqı ölkələri üzrə xüsusi büroları fəaliyyət göstərir.

“Report” yerli və xarici media üçün etibarlı istinad mənbəyinə çevrilib.

Modern.az “Report”dakı həmkarları təbrik edir.