Qəbələdə “Grace of Nature” turniri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

24–26 oktyabr tarixlərində “İdman paytaxtı” Qəbələdə bədii
gimnastika üzrə “Grace of Nature” turniri keçirilib.

Trend xəbər verir
ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman
klubundan — “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, BGM, RKİM,
SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti,
Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK,
Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan
gimnastlar iştirak ediblər. Turnirdə fərdi proqram üzrə 203 gimnast
və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.

Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə
2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il
təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə
proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla
təltif olunublar.




“Grace of Nature” turniri gənc gimnastların bacarıqlarını
nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət
mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qəbələnin füsunkar təbiəti və idman atmosferi ilə birləşən bu
turnir ölkəmizdə bədii gimnastikanın inkişafına və bu idman növünə
olan marağın daha da artmasına töhfə verib.