
Bakı. Trend:
La Liqanın X turunda bu gün keçirilən “Real Madrid” –
“Barselona” matçının ilk hissəsində Kilian Mbappe hesabı açıb.
Trend xəbər verir
ki, Fransa millisinin hücumçusu bununla XXI əsrdə ardıcıl dörd “El
Klassiko”da qol vuran üçüncü futbolçu olub.
Bu göstəriciyə qədər bu uğura yalnız Ronaldinyo və Kriştiano
Ronaldo nail olublar.
Qeyd edək ki, qarşılaşma 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi
ilə başa çatıb.

