
Bakı. Trend:
Dünyanın ikinci raketkası italiyalı tennisçi Yannik Sinner
Avstriyanın paytaxtı Vyanada keçirilən ATP-500 kateqoriyalı
turnirin qalibi olub.
Trend xəbər verir
ki, final matçında Sinner alman tennisçi Aleksandr Zverevə (ATP
reytinqində 3-cü yer) qarşı 3:6, 6:3, 7:5 hesabı ilə qalib gəlib.
Görüş 2 saat 30 dəqiqə davam edib.
Bu qələbə Sinnerin ATP turnirlərində 22-ci karyera titulu,
həmçinin 2025-ci ildəki 4-cü turnir qələbəsi olub. Eyni zamanda, o,
bu uğurla 500 reytinq xalı qazanaraq dünya reytinqində ikinci
pillədəki mövqeyini möhkəmlədib.

