
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 27-nə xronikasını təqdim edir:
– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşım edilib.
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı.
– Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Düşmənin məhv edilən hərbi texnikasının
siyahısı açıqlanıb.
– Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub.
– Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165
kənd azad edib.
– Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulub. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır.
– Müdafiə Nazirliyi bildirir ki, ötən sutka ərzində düşmən
humanitar atəşkəs rejimini dəfələrlə pozub.

