Azərbaycan güləşçisi Kənan Heybətov U23 dünya çempionu oldu

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Serbiyanın
Novi-Sad şəhərində gənclər arasında (U-23) keçirilən dünya
çempionatında qızıl medal qazanıb.

Trend xəbər verir
ki, Kənan Heybətov finalda iranlı Sina Xəliliyə 9:4 hesabı ilə
qalib gələrək U23 dünya çempionu titulunu əldə edib.




Hazırda Azərbaycan millisinin hesabında beş medal var: üç qızıl
və iki bürünc. Kənan Heybətov (70 kq), Elmir Əliyev (55 kq) və Ziya
Babashov (63 kq) dünya çempionu olublar. Ruslan Nurullayev (72 kq)
və Günay Qurbanova (59 kq) isə üçüncü yerləri tutublar.