Argentinada avtobus körpüdən dərəyə aşıb

Baş səhifə

Bakı. Trend:

Argentinanın şimal-şərqində baş verən ağır yol qəzası
nəticəsində azı 9 nəfər həlak olub.

Trend-in
məlumatına görə, bu barədə “TN” telekanalı xəbər verib.

Məlumata əsasən, avtobus əks istiqamətdə hərəkət edən minik
avtomobili ilə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu
qoruyucu baryeri aşaraq körpüdən dərəyə düşüb.




Nəticədə səkkiz sərnişin və avtobusun sürücüsü hadisə yerində
həlak olub, 29 nəfər isə müxtəlif bədən xəsarətləri ilə
xəstəxanalara yerləşdirilib.

Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən
Puerto-İquasu istiqamətində hərəkət edirmiş. Qəza zamanı magistral
yolda sıx duman müşahidə olunub.