Sertifikasiyadan 60 bal toplayan müəllim VƏFAT ETDİ

Baş səhifə

Xaçmazda orta məktəb müəllimi vəfat edib.

Modern.az-ın məlumatına görə, Xaçmaz şəhər 2 saylı tam orta məktəbin müəllimi Elnarə Hümmətova dünyasını dəyişib.

O, məktəbdə ibtidai sinif müəllimi işləyib.

Elnarə Hümmətova müəllimlərin sertifikasiyası imtahanında maksimum – 60 bal toplamışdı.

Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Allah rəhmət eləsin.