Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Nazirliyin
Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış
üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.

