Zəngəzur Dəhlizi Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq – Abdulkadir Uraloğlu

Baş səhifə

Bakı. Trend:

Zəngəzur Dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu
– TRIPP) Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur
naziri Abdulkadir Uraloğlu deyib.

Nazirin sözlərinə görə, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun
potensialından tam istifadə olunması istiqamətində aparılan işlərlə
yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar
Respublikası arasında yeni marşrutun açılması üçün də zəruri
addımlar atılır.




Uraloğlu xatırladıb ki, Qarsdan Naxçıvanın sərhədinədək uzanan
224 kilometrlik dəmir yolunun tikintisinə artıq başlanılıb. O
vurğulayıb ki, BTQ-dən fərqli olaraq, Qars–Dilucu dəmir yolu iki
xəttdən ibarət olacaq və bu, yükdaşımaların həcmini əhəmiyyətli
dərəcədə artıracaq.

Nazir əlavə edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun
bərpası və modernləşdirilməsi istiqamətində işlər davam edir, bu
layihələrin böyük hissəsi isə artıq tamamlanıb.