Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları “Hizbullah” hərəkatının silahlı qanadının üzvlərinə məxsus ən azı
üç nəqliyyat vasitəsinə hücum edib.
Trend-in məlumatına görə, bu barədə “Naharnet” xəbər portalı
bildirib.
Məlumata əsasən, ölkənin cənubundakı sərhəd bölgəsində yerləşən
Əl-Kleyla və Ən-Naqura kəndlərinə edilən PUA hücumlarında iki
döyüşçü öldürülüb. Livanın şərqindəki Nabi Şitada başqa bir səhra
komandiri tapılaraq öldürülüb.

