Niderlandlı üzgüçü dünya rekordunu yeniləyib

Baş səhifə
Niderlandlı üzgüçü dünya rekordunu yeniləyib

Niderlandlı üzgüçü Kaspar Korbo dünya rekordunu yeniləyib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, buna Kanadanın Toronto şəhərində keçirilən Dünya Kubokunda 200 metr brass üsulu üzrə üzməkdə nail olub.

K.Korbo, məsafəni 1 dəqiqə 59,52 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki rekord 2018-ci ildə Hançjoudakı dünya çempionatında (2 dəqiqə 0,16 saniyə) rusiyalı Kirill Priqodaya məxsus idi.