
Bakı. Trend:
Yaxın Şərqdə çox güclü sülh formalaşıb və inanıram ki, o əbədi
olacaq.
Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında
yazıb.
O bildirib ki, HƏMAS iki amerikalı da daxil olmaqla, ölən
girovların cəsədlərini tez bir zamanda qaytarmağa başlamalıdır, əks
halda bu böyük sülhdə iştirak edən digər ölkələr hərəkətə
keçəcək.
“Cəsədlərin bəzilərinə çatmaq çətindir, digərlərini isə indi
geri qaytarmaq mümkündür, amma nədənsə etmirlər. Ola bilsin ki, bu,
onların tərksilah edilməsi ilə bağlıdır. Lakin mən hər iki tərəfə
ədalətli davranılacaq deyərkən bunun öz öhdəliklərini yerinə
yetirənlərə şamil olunduğunu nəzərdə tuturdum. Gəlin onların
növbəti 48 saat ərzində nə edəcəklərinə baxaq. Mən bunu çox
diqqətlə izləyirəm”, – deyə Tramp əlavə edib.

