Bakı. Trend:
Birləşmiş Ştatların “Chrysler Stellantis” avtomobil istehsalçısı
radiator ventilyatorunun elektrik dövrəsinin həddindən artıq
qızması səbəbindən 291.6 min avtomobilini geri çağırdığını
bildirib.
Trend xəbər verir ki, bu
barədə məlumatı “Reuters” ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsinə
istinadla yayıb.
Bildirilir ki, yaranmış problemə görə maşın tam sıradan çıxa
bilər.

