Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var

Baş səhifə
Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var

Kürdəmirdə minik avtomobil traktorla toqquşub, ölənlər var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki,hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil Traktora çırpılıb. Nəticədə ilkin məlumata görə 3 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları eləcə də FHN-nin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir.Faktla bağlı araşdırma aparılır.