“Yuventus”un yarımmüdafiəçisi “Real”ın hədəfində

Baş səhifə

Bakı. Trend:

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türam karyerasını İspaniya
La Liqasında daavm etdirə bilər.

Trend xəbər
verir ki, “Real” fransalı futbolçunu transfer etmək istəyir. Bu
barədə “Fichajes” nəşri məlumat yayıb.




İtaliya klubu Türamı satmağın əleyhinə deyil. Onlar 24 yaşlı
orta xətt oyunçusu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, “Yuventus” Kefren Türamı 2024-cü ilin yayında “Nitsa”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm A
Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1
qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.