Azərbaycana yay mövsümündə Avropadan turist axını 11 %-dən çox artıb

Baş səhifə

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana Avropa ölkələrindən 63 180 turist səfər edib.

“Report”un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % çoxdur.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 31 668 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 8,2 % artım deməkdir.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib – 10 562 nəfər. Bu, illik müqayisədə 3,1 % çoxdur.

Bundan əlavə, Belarusdan 8 081 nəfər (+15,4 %), Polşadan 3 025 nəfər (+16,2 %), Macarıstandan 1 342 nəfər (+39,9 %), Moldovadan 1 331 nəfər (−4,6 %), Rumıniyadan 1 068 nəfər (−10,9 %), Çexiyadan 1 010 nəfər (+47,4 %), Litvadan 797 nəfər (−7 %), Latviyadan 739 nəfər (−24 %), Xorvatiyadan 715 nəfər (+75,2 %), Bolqarıstandan 712 nəfər (+1 %), Serbiyadan 505 nəfər (+11,2 %), Estoniyadan 463 nəfər (−16,7 %), Slovakiyadan 428 nəfər (−2,3 %), Kiprdən 266 nəfər (+6 %), Sloveniyadan 197 nəfər (+28,8 %), Bosniya və Hersoqovinadan 119 nəfər (+32,2 %), Monteneqrodan 96 nəfər (+17,1 %), Şimali Makedoniyadan 77 nəfər (+4,1 %), Albaniyadan isə 74 nəfər (−44,4 %) turist gəlib.

Yay mövsümündə Qərbi Avropa ölkələrindən isə Azərbaycana 31 512 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 14,8 % çoxdur.

Qərbi Avropa ölkələri arasında ən çox turist 7 951 nəfər olmaqla Almaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 27,2 % artım deməkdir.

Bundan əlavə, Böyük Britaniyadan 7 061 nəfər (+15,6 %), İtaliyadan 3 772 nəfər (+12 %), İspaniyadan 2 139 nəfər (−3,6 %), Fransadan 1 929 nəfər (−2,4 %), Niderlanddan 1 877 nəfər (+15,3 %), İsveçdən 979 nəfər (+2,7 %), Avstriyadan 966 nəfər (+33,2 %), Belçikadan 830 nəfər (−7,4 %), Yunanıstandan 750 nəfər (2,4 dəfə artım), Portuqaliyadan 722 nəfər (+47,3 %), İsveçrədən 639 nəfər (+4,2 %), Norveçdən 543 nəfər (+13,6 %), İrlandiyadan 538 nəfər (+3,5 %), Danimarkadan 346 nəfər (−15,6 %), Finlandiyadan 215 nəfər (−24 %), Lüksemburqdan 136 nəfər (+5,4 %), İslandiyadan 69 nəfər (+40,8 %), Maltadan 44 nəfər (+15,8 %), Andorradan 6 nəfər (2 dəfə çox) turist gəlib.