
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 15:00-da rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.
1961-ci il təvəllüdlü Koroğlu Pirməmməd oğlu Rzayev sürdüyü 90-FZ-235 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” avtomobilində idarəetməni itirib və avtomobili yolun kənarındakı arxa aşırıb.
Sürücünün hadisə yerində həyatını itirdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

