
Bakı. Trend:
31 oktyabr-2 noyabr tarixlərində Bakıda baş tutacaq incəsənət
həftəsonunun tədbirlərindən biri də gənclər üçün multidisiplinar
proqram olacaq.
Trend xəbər
verir ki, noyabrın 2-də həmin proqram çərçivəsində Rəngkarlıq
Muzeyində “Dəniz, çox sağ ol!” layihəsi təqdim olunacaq.
“SÖZ” sənət mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə
layihəsindəki çıxışlar “Art Weekend”in təşəbbüskarı Leyla
Əliyevanın lirik əsərlərindən ilhamlanır.
Layihə poeziya, musiqi, rəqs və vizual sənəti bir araya gətirir.
İstedadlı gənc sənətçilər tərəfindən təqdim ediləcək proqram
poeziyanın yalnız kağız üzərində deyil, səsdə, hərəkətdə və
yuxularda da yaşadığını xatırladır.
Qeyd edək ki, “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi
İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)
layihəsi Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin
təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin
tərəfdaşlığı ilə keçiriləcək.

