
Bakı.Trend:
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat
dəyərində məişət əşyaları oğurlanıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən
34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb. Paytaxt
sakini olan bir nəfərə məxsus pul qabından 1100 manat maddi vəsaiti
oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina da saxlanılıb.
Araşdırmalar aparılır.

