Bakı. Trend:
Tailand Krallığı sabiq kraliça Sirikitin vəfatı ilə əlaqədar bir
illik matəm elan edib.
Trend xəbər
verir ki, bu barədə krallıq sarayının bəyanatında qeyd olunub.
Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən Sirikit uzun müddət
xəstəliklərlə mübarizə aparıb və 2019-cu ildən xəstəxanada müalicə
alırdı.
Sirikit mərhum kral Bhumibol Adulyadejin həyat yoldaşı idi. Onun
oğlu Maha Vajiralongkorn isə hazırkı Tailand kralıdır.

