
Bakı.Trend:
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
oktyabrın 24-də ümumi çəkisi 25,3 kiloqramdan artıq narkotik vasitə
aşkar olunaraq götürülüb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Həmçinin bildirilib ki, polis əməkdaşlarının oktyabrın 24-də
keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda
olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.

