Kuala-Lumpurda Çin və ABŞ arasında ticarət danışıqlarının növbəti raundu başlayıb

Baş səhifə

Bakı. Trend:

Malayziyanın paytaxtı Kuala-Lumpurda Çin ilə ABŞ arasında
ticarət mübahisələrinə dair yüksəksəviyyəli danışıqların növbəti
raundu start götürüb.

Trend xəbər verir
ki, danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı
Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent və ticarət
nümayəndəsi Ceymison Qrir rəhbərlik edir.




Çinin Kommersiya Nazirliyinin iki gün əvvəl yaydığı açıqlamada
bildirilib ki, görüş zamanı tərəflər iki ölkə liderlərinin son
telefon danışığı zamanı əldə etdikləri mühüm konsensusa uyğun
olaraq iqtisadi və ticarət əlaqələrinin əsas məsələlərini müzakirə
edəcəklər.

Qeyd edək ki, Kuala-Lumpur danışıqları, Çin və ABŞ liderlərinin
oktyabrın 30-da Cənubi Koreyada keçiriləcək görüşü ərəfəsində
təşkil olunub.