İrlandiya prezident seçkilərində seçici fəallığı 30–40% arasında olub

Baş səhifə

Bakı. Trend:

İrlandiyada keçirilən prezident seçkilərində seçici fəallığının
30–40% arasında olduğu təxmin edilir.

Trend xəbər verir
ki, bu barədə ölkənin “RTE” telekanalı məlumat yayıb.

Yerli vaxtla saat 22:00-da (Moskva vaxtı ilə 00:00) ölkə üzrə
5000-dən çox seçki məntəqəsi bağlanıb. Seçki qutuları xüsusi
mərkəzlərə daşınıb və səslərin sayılmasına sabah səhər saat
09:00-da (Moskva vaxtı ilə 11:00) başlanacaq.




Yekun nəticələrin 25 oktyabr günortadan sonra açıqlanacağı
gözlənilir. Ümumilikdə təxminən 3,6 milyon vətəndaşın səsvermədə
iştirak etmək hüququ var idi.

Seçki bülletenində üç namizədin adı yer alsa da, hakim “Fianna
Foyl” (FF) partiyasının nümayəndəsi Cim Qevin kampaniyadan
çəkildiyini açıqlayıb. Beləliklə, prezidentlik uğrunda mübarizə
müstəqil siyasətçi Ketrin Konnolli və iqtidar koalisiyasının
tərəfdaşı olan mərkəzçi “Fine Qel” partiyasının namizədi Hizer
Hamfris arasında davam edib.