“Real Sosyedad” öz meydanında “Sevilya”ya qalib gəlib

Baş səhifə

Bakı. Trend:

İspaniya La Liqasının 10-cu turunda “Real Sosyedad” və “Sevilya”
komandaları üz-üzə gəliblər.

Trend xəbər verir
ki, qarşılaşma San-Sebastyandakı “Real Arena” stadionunda keçirilib
və ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib.




Matçın 19-cu dəqiqəsində “Real Sosyedad”ın hücumçusu Mikel
Oyarsabal penaltidən hesabı açıb. 30-cu dəqiqədə “Sevilya”nın
müdafiəçisi Nemanya Qudel bərabərlik qolunu vurub. Lakin 36-cı
dəqiqədə Oyarsabal yenidən fərqlənərək komandasına qələbə
qazandırıb.

Bu nəticədən sonra Serxio Fransiskonun rəhbərlik etdiyi
“Sevilya” 10 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədə
qərarlaşıb. “Real Sosyedad” isə 13 xal toplayaraq 9-cu yerdə
möhkəmlənib.