
Bakı. Trend:
Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi
səfər edəcək.
Trend xəbər verir
ki, bu məlumat Almaniya Kanslerinin rəsmi saytında yer alıb.
Səfər çərçivəsində Ankarada Merts və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın görüşü planlaşdırılır.
Görüşdə ikitərəfli əlaqələr, xarici siyasət məsələləri, eləcə də
iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın
gücləndirilməsi mövzuları müzakirə olunacaq.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi
gözlənilir.

