“Qarabağ”ın futbolçusundan “Atletik” məğlubiyyətinə maraqlı reaksiya

Baş səhifə

“Qarabağ”ın futbolçusu Leandro Andrade Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Atletik”ə uduzduqları matçla bağlı fikirlərini bölüşüb.

Metbuat.az-ın məlumatına görə, yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

L.Andrade məğlubiyyətdən dərs çıxaracaqlarını bildirib:

“Əgər bunu öyrənmək fürsəti kimi qəbul etsək, bu, məğlubiyyət sayılmır”.

Qeyd edək ki, “Qarabağ” səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub. Azərbaycan çempionunun yeganə qoluna 1-ci dəqiqədə Leandro Andrade imza atıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.