“Barselona”nın futbolçusu Rafinya “El Klassiko”nu buraxa bilər

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın braziliyalı futbolçusu Rafinya zədə səbəbindən
“Real”a qarşı keçiriləcək “El Klassiko” matçını buraxa bilər.

Trend xəbər verir
ki, hazırda klubun həkim heyəti futbolçunun oyuna yetişməsi üçün
çalışır. Lakin onun tam sağalmasının vaxt tələb edəcəyi
bildirilir.




Rafinya narahatlıq səbəbindən Kataloniya təmsilçisinin dünənki
məşqini erkən tərk edib. Qeyd edək ki, futbolçu sentyabrın 25-də
İspaniya La Liqasının 6-cı turunda “Ovyedo”ya (3:1) qarşı keçirilən
görüşdə zədələnib.