
Bakı. Trend:
Yaponiyanın Hokkaydo sahillərində 5,8 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nemuro şəhərindən 36
kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə
yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami
təhlükəsi də elan olunmayıb.

