“Tottenhem”in hücumçusu klubunu dəyişə bilər

Baş səhifə

Bakı. Trend:

“Tottenhem”in hücumçusu Riçarlison Premyer Liqada klubunu dəyişə
bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvardla onun sabiq
komandası “Everton” maraqlanır.




“Tottenhem” qış transfer pəncərəsində futbolçunun satışına
açıqdır.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in
heyətində 13 matçda meydana çıxaraq 3 qol və 1 assistlə yadda
qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına
qədərdir.