Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun növbəti oyunu keçirilib

Baş səhifə
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun növbəti oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun növbəti oyunu keçirilib.

“Report” xəbər verir ki, “Murov Az Terminal”la qarşılaşan “Neftçi” 3:2 hesablı qələbə qazanıb.

Matç Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşündə “Xilasedici” “Ordu” kollektivini 3:0 hesabı ilə məğlub edib.