“Şəfəq” GES üzrə günəş panellərinin birinci partiyası ölkəyə gətirilib (Özəl)

Baş səhifə

Bakı.Trend:

“Şəfəq” Günəş Elektrik Stansiyasında yekun investisiya qərarı
2025-ci ildə verilib. Həmçinin mobilizasiya işləri də yekunlaşıb.
Ərazinin minadan təmizləmə işləri də başa çatdırılıb.

Bu fikirləri Trend-ə açıqlamasında bp-nin Xəzər regionu üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki,“Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi ilə
bağlı iki böyük müqavilə imzalanıb.




Bunlar mühəndislik və satınalma, günəş panellərinin alınması ilə
bağlı müqavilələrdir”.

B.Aslanbəyli vurğulayıb ki, günəş panellərinin birinci partiyası
ölkəyə gətirilib. Mərhələ ilə digər işlərə də başlanılır.