Bakı sənaye və texnologiyalar sahəsində türk dövlətlərin əməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir – Türk nazir

Baş səhifə

Bakı. Trend:

Bakı sənaye və texnologiyalarda sahəsində türk dövlətlərin
əməkdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir.

Trend xəbər verir
ki, bunu bu gün Türkiyənin Sənaye və Texnologiyalar naziri Mehmet
Fatih Kacır Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv
dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar
nazirlərinin II iclasındə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, toplantının Azərbaycanın paytaxtında
keçirilməsi Türk dünyasının texnoloji və iqtisadi inkişafı
baxımından Bakının nə dərəcədə strateji əhəmiyyət kəsb etdiyini
simvolizə edir.




O, Bakının strateji əhəmiyyətini vurğulayıb: “Şəhər tarix boyu
türk dünyasında xüsusi mövqe tutub, ticarət, energetika, sənaye və
texnologiya sahələrində istiqamətləri müəyyən edib. Zəngin tarixi
irs, strateji mövqe və dinamik strukturu Bakını türk dünyasının
ümumi kimliyini və gələcəyə baxışını ən yaxşı əks etdirən
şəhərlərdən birinə çevirir. Bu günkü toplantımız yenidən bu şəhərin
türk ölkələrinin iqtisadi və texnoloji gələcəyində strateji rolunu
təsdiqləyir və ortaq məqsədlərə nail olmaq üçün dövlətlərimiz
arasındakı qardaşlıq əlaqələrini möhkəmləndirir.”

Kacır TDT-yə üzv ölkələrin sənaye və texnologiya sahəsində
əməkdaşlığının vacibliyini vurğulayıb və birgə səylərin regionun
innovasiya potensialını gücləndirəcəyinə əminliyini ifadə edib.