Seyidbəyli sakini: Pedaqoji fəaliyyətimi kəndimizdə davam etdirəcəyim çün çox sevinirəm

Baş səhifə
Seyidbəyli sakini: Pedaqoji fəaliyyətimi kəndimizdə davam etdirəcəyim üçün çox sevinirəm

Arzu Alızadə

Xocalı rayonunun Seyidbəyli kəndinə qayıdan sakin pedaqoji fəaliyyətini doğma yurdda davam etdirəcəyi üçün sevindiyini deyib.

Seyidbəyli kəndinə qayıdan Arzu Alızadə “Report”un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, ata-baba yurdunu daha əvvəl görməsə də, hər zaman oraya dönmək arzusunda olub:

“Çox şükür, arzum bu gün həyata keçdi. Mən bundan sonra pedaqoji fəaliyyətə öz kəndimizdə davam edəcəyim üçün çox sevincliyəm. Deməli, kəndimizdəki şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində mənim də əməyim az olmayacaq”.