Xocalı sakini: İnanırıq ki, gələn il arı təsərrüfatımızdan bol məhsul götürəcəyik

Baş səhifə
Xocalı sakini: İnanırıq ki, gələn il arı təsərrüfatımızdan bol məhsul götürəcəyik

Xocalıdan olan arı təsərrüfatının rəhbəri gələn il bol məhsul götürüləcəyinə inanır.

Xocalı sakini Gülşən Cavadova Dövlət Məşğulluq Agentliyinin xətti ilə şəhərə təşkil olunan mediatur çərçivəsində “Report”un bölgəyə ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, ailəsi ata-babadan arıçılıqla məşğul olub.

O, aktivlərlə avqust ayında təmin olunduqlarını bildirib:

“Apreldə doğma yurdumuza daimi qayıdışımız təmin olundu. Artıq tam məskunlaşmağımız başa çatdıqdan sonra, bizim əmək fəaliyyətimizlə bağlı məsələyə baxıldı. Məşğulluq xidmətindən dəvət olunduq. Bizim hələ ata – babadan arıçılıq sahəsi marağımız olub və bu sahədə olan təsərrüfata daha çox marağımız olub. Ona görə də arıçılıqla bağlı müraciət etdik. Qeydə alındıqdan bir müddət sonra, bizi qısa kurslara dəvət etdilər və ondan sonra 20 arı ailəsi ilə təmin olunduq. İndi, təsərrüfatımızda olan arı ailələrinə yaxşı baxırıq. Aktivlərlə avqust ayında təmin olunduq. Ona görə də bu ildən keçdi. İnşallah gələn il məhsulun gözləyirik. Çünki, yerimiz çox yaxşıdır və təbiət də imkan verir ki, arı ailəsini heç bir yerə aparmadan bol məhsul əldə edək”.

MƏLUMAT YENİLƏNİR