Bakı. Trend:
Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan islahatlar nəticəsində
hakimlərin seçilməsi prosesi xeyli sürətləndirilib. Əvvəllər bu
proses 2 il çəkirdi. Hazırda bu proses 1 il ərzində baş tutur.
Trend xəbər
verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov
parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hakimlərin sayı artırılır:
“Hazırda 650 hakim fəaliyyət göstərir, gələn il bu rəqəmi 720-ə
artırmağa çalışırıq. Həmçinin, Məhkəmə-Hüquq Şurası nəzdində
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi prosesi təşkil edilib.
Komitə tərəfindən hazırlanan qaydalar beynəlxalq standartlara
əsasən aparılan qiymətləndirilməni özündə ehtiva edir.
Bu qiymətləndirmə nəticəsində biz görürük ki, hansı hakimlər
fəaliyyətində daha yaxşı nəticələr göstərir. Hakimlərin
fəlaiyyətinin bütün istiqamətləri nəzərə alınır”.

