
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksey Teksler sosial şəbəkələrdə məlumat yayıb.
“29 nəfər tibbi yardım alır. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, 5-i ağır vəziyyətdədir”, – qeyd edib.
O xatırladıb ki, 12 nəfərin ölümü təsdiqlənib.
Qeyd edək ki, baş verən partlayışla əlaqədar oktyabrın 24-ü matəm günü elan edilmişdi.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

