Neft Fondunun Mərkəzi Banka transfertlərinin ümumi həcmi 4 milyard manata yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30
sentyabr tarixinə ümumi 3,949 milyard manat həcmində vəsaiti
Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfert
edib.

Bu barədə Trend Dövlət Neft Fonduna istinadən xəbər verir.

Ümumilikdə, ARDNF 2025-ci il 30 sentyabr tarixinə ümumi 166,793
milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert
edib.Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə Dövlət Neft
Fondu 2025-ci il büdcəsinin icrası çərçivəsində 10,861 milyard
manat vəsait dövlət büdcəsinə transfert edib.




Əlavə edək ki, bu ilin sentyabr ayının sonuna Azərbaycan Dövlət
Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031
milyard ABŞ dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞ
dolları təşkil edib. Eyni zamanda hesabat dövründə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073
milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 1,9 milyard manat və ya 12,9% azdır.

Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında Fondun büdcə
xərcləri 10,918 milyard manat təşkil edib ki, bu da, illik
müqayisədə 1,3 milyard manat və ya 13,3% çoxdur.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond
neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə
edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi
qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq
ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr
ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib,
beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.