UNEC QS Beynəlxalq Ticarət Reytinqində Qafqazın birincisi oldu!

Baş səhifə

Bakı. Trend:

QS Beynəlxalq Ticarət Reytinqləri MBA 2026 (QS
International Trade Rankings MBA/Masters 2026) açıqlanıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu nüfuzlu reytinqdə Azərbaycan və
Qafqaz regionu üzrə birinci, dünya miqyasında isə 56-cı yerə
yüksəlib.

QS Beynəlxalq Ticarət Reytinqləri dünyada Qlobal Biznes və
Ticarət üzrə ən yaxşı magistr proqramlarını müəyyən edir və əsas
diqqəti ticarət yönümlü tədris məzmununa yönəldir.




Ticarət proqramının məzmunu göstəricisinə görə UNEC London
İqtisadiyyat Məktəbi (LSE) və Warwick Universiteti kimi aparıcı ali
məktəbləri geridə qoyaraq dünyanın ilk 20 universiteti sırasında
qərarlaşıb.

Məzun nəticələri üzrə də UNEC-in göstəricisi yüksəkdir — 82.8
bal. Məzunların işlə təmin olunma faizi 89.5% təşkil edir ki, bu
nəticə ilə UNEC LSE və Warwick-dən üstün mövqeyə yüksəlib.

İnnovativ tədris (“Experiential Learning”) alt indikatoru üzrə
isə UNEC-in tədris metodikası Tsinghua və LSE kimi dünyanın aparıcı
universitetləri ilə eyni səviyyədə qiymətləndirilib.