Bakı. Trend:
Koreya Respublikasının silahlı qüvvələri oktyabrın 19-da Şimali
Koreya əsgərlərinin Koreyalararası sərhədi pozduğu iddia edilən
daha bir sərhəd hadisəsi barədə məlumat verib.
Trend-in
məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası
Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinə
istinadən bildirib.
Məlumata əsasən, Koreya Xalq Ordusunun iki hərbi qulluqçusunun
hərbi demarkasiya xəttini keçərək Cənubi Koreyanın mühafizə postuna
200 metr yaxınlaşdığı iddia edilib. Şimali Koreya əsgərləri silahlı
olublar. Həmin gün Cənubi Koreya yarımadasına qaçan bir əsgər gəlib
və güman edilir ki, ikisi də onu axtarmağa göndərilmiş ola
bilər.
Cənubi Koreya qoşunları bundan sonra xəbərdarlıq atəşi açıb.
Koreya Xalq Ordusunun qoşunları daha sonra şimala qayıtdı.

