Miqrantlara qarşı pis rəftar ağır cinayətdir – Roma Papası

Baş səhifə

Bakı. Trend:

Vatikan şəhərində keçirilən “Dünya Hərəkatları” görüşündə çıxış
edən Roma Papası XIV Leo miqrantlara qarşı edilən pis rəftarı “ağır
cinayət” adlandırıb.

Trend bu barədə xarici KİV-ə
istinadən xəbər verir.

O bildirib ki, sığınacaq axtaran insanlara yardım etmək
hökumətlərin mənəvi borcudur və bu məsələ yalnız siyasi deyil, həm
də vicdan məsələsidir.

“Zəif vəziyyətdə olan miqrantlara edilən pis rəftar, milli
suverenliyin müdafiəsi deyil, bu, dövlət səviyyəsində törədilən və
ya səssiz şəkildə dəstəklənən cinayətdir,” – deyə Papa
vurğulayıb.




Onun sözlərinə görə, bəzi ölkələr miqrantlara qarşı sərt və
qeyri-insani tədbirləri “siyasi uğur” kimi təqdim edirlər.

Papa Leo, həmçinin dünyada artan bərabərsizlik, dərman
şirkətlərinin ədalətsiz gəlirləri, uşaq əməyinin istismarı və
əhalinin zorla köçürülməsi kimi problemlərə də diqqət çəkib.

Katolik kilsəsinin rəhbəri vurğulayıb ki, miqrantlara
münasibətdə insanlıq və mərhəmət prinsiplərinin qorunması yalnız
kilsənin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir.