
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) aktivlərin
idarə edilməsində “sakit inqilab” keçirir.
Trend xəbər verir
ki, bu barədə tanınmış azərbaycanlı iqtisadçı-ekspert İnqilab
Əhmədov öz sosial şəbəkə hesabında yazıb.
İqtisadçı, son 5 ildə Fondun investisiya portfelini tamamilə
dəyişərək daha çevik və gəlirli alətlərə üstünlük verdiyini qeyd
edir.
“Əgər 2020-ci ildə Fondun əsas aktivləri sabit gəlirli alətlər
idisə (63,8%), 2025-ci ilin doqquz ayının məlumatına görə, bu
investisiyanın xüsusi çəkisi 29,1% azalaraq 34,7% olub”, -deyə o
yazır.
Onun sözlərinə görə, qızılın payı 18,6% artaraq 32,8%-ə,
səhmlərin payı isə 9,9% artaraq 25,8%-ə çatıb və demək olar ki,
birinci ilə müqayisə oluna biləcək səviyyəyədədir.
“Ən əsası odur ki, bu dəyişiklik Fondun əsas gəlir mənbəyi olan
neft-qaz gəlirlərinin azalması fonunda baş verir. Məhz bu siyasətin
nəticəsidir ki, Fondun əsas gəlir mənbəyinin azalmasına baxmayaraq,
onun aktivlərində sürətli artım müşahidə edilir”.
Xatırladaq ki, bu yaxınlarda açıqlanan 2025-ci ilin ilk doqquz
ayının məlumatlarına əsasən, Fond tarixdə ilk dəfə olaraq 70
milyard dollarlıq aktivlərlə əvvəlki rekordunu qırıb.

