
Bakı. Trend:
Azərbaycanda 2025-2029-cu illərdə əmtəəlik qazının hasilatı üzrə
proqnozlar məlum olub.
Trend xəbər verir
ki, Azərbaycanın 2026-cı ilə olan dövlət büdcəsi layihəsinə əsasən,
2025-ci ilə olan proqnozda hasilatın 38,6 milyard kubmetr
səviyyəsində saxlanılması nəzərdə tutulub.
2026-cı ildə bu göstəricinin 38 milyard kubmetr olacağı
gözlənilir (2025-ci illə müqayisədə 1,6 faiz azalma).
2027-ci ildə hasilatın 36,7 milyard kubmetr (2026-cı illə
müqayisədə 3,4 faiz az), 2028-ci ildə isə 34,5 milyard kubmetr
(2027-ci illə müqayisədə 6 faiz az) səviyyəsində olacağı
proqnozlaşdırılır.
2029-cu ildə isə hasilatın bərpa olunaraq 37 milyard kubmetrə
çatacağı, bunun da da 2028-ci illə müqayisədə 7,2 faiz çox olacağı
bildirilir.

