Metroda gediş haqqı maya dəyərindən az olduğu üçün “Bakı Metropoliteninə” əlavə subsidiya ayrılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı il dövlət büdcəsindən iqtisadi fəaliyyət xərcləri
bölməsinə aid olan nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon
manat vəsait proqnozlaşdırılıb.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, metroda sərnişindaşıma xidməti üzrə
gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı
Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti
tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin
örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə
tutulub ki, bu da 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya
44,6 faiz çoxdur.