Növbəti il nəqliyyat vasitələrinin utilizasiyasına 52 milyon manat ayrılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə nəqliyyat vasitələrinin utilizasiyası fonduna
ayrılacaq vəsaitin həcmi məlum olub.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində nəqliyyat
vasitələrinin utilizasiyası fondunun gəlirləri və xərcləri bərabər
olmaqla 52,0 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Bu vəsait utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil
verilməklə yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrinin
satın alınması zamanı tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat
vasitələrinin satıcılarına geri ödənilməsinə, habelə utilizasiyaya
verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlərin həyata
keçirilməsinə sərf ediləcək.