Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi
yaradılacaq.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə
olunan “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunu
layihəsində öz əksini tapıb.




Layihədə bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi
vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və
enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların
fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə,
effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji
effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi
enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və
qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə
xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə
xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın
yerləşdirilməsi təmin edilir.