Noyabrda neçə gün qeyri-iş günü olacaq?

Baş səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir:

1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.