
Bakı. Trend:
Bakıda vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq
etməkdə təqsirləndirilən Natiq Kərimovun kassasiya şikayəti üzrə
məhkəmə sonuncu prosesi keçirilib.
Trend xəbər
veri ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirlən şəxsin şikayəti təmin edilərək
cəzası 6 ildən 5 ilə endirilib.
İttihama görə, təqsirləndirilən Natiq Kərimov Nazirliyinin
vəzifəli şəxsi kimi biruzə verib. O,zərərçəkmişi məktəblərin
birində vəzifəyə təyin etdirəcəyinə dair söz verib. Bunun
qarşılığında zərərçəkmişdən külli miqdarda pul alıb.
Qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilən Natiq Kərimov
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan
məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham
irəli sürülüb.

