Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 81 milyard 472,2 milyon ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 86,1 %-i və yaxud 70 milyard 161,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,9 %-i və yaxud 11 milyard 310,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 802,7 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 646,1 milyon ABŞ dolları və yaxud 5,5 %, AMB-nin valyuta ehtiyatlarında isə 156,6 milyon ABŞ dolları və yaxud 1,4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 7 milyard 978,8 milyon ABŞ dolları və yaxud 10,85 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 464,1 milyon ABŞ dolları və yaxud 13,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 485,3 milyon ABŞ dolları və yaxud 4,1 % azalma nümayiş etdirib.
|
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
|
01.10.2025 |
70 161,7 |
11 310,5 |
81 472,2 |
|
01.07.2025 |
66 515,6 |
11 153,9 |
77 669,5 |
|
01.04.2025 |
62 740,2 |
11 026,5 |
73 766,7 |
|
01.01.2025 |
60 031,4 |
10 959,5 |
70 990,9 |
|
01.10.2024 |
61 697,6 |
11 795,8 |
73 493,4 |
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

